İki nazirlik haqqında fərman verilib - Dəyişiklik
Tarix: 06-06-2018 20:37 | Bölmə: Slayd
İki nazirlik haqqında fərman verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Reyting.az-ın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1521; 2015, № 11, maddə 1309; 2016, №1, maddə 48; 2017, №12 (I kitab), maddə 2344; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 431 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər təsdiq edilib.

Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında da fərman imzalayıb.


Mədəniyyət nazirliyinin strukturu, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilib.

Fərmanla Mədəniyyət nazirliyinin işçilərinin say həddi cəmi 384 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üzrə 25 ştat vahidi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə 219 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}