19:27 / 23-09-2018
Bu uşaq metroda doğulub
Pambıq tarlasında daha bir kütləvi zəhərlənmə hadisəsi baş verib
Tarix: 17-06-2018 13:32 | Bölmə: Slayd
Pambıq tarlasında daha bir kütləvi zəhərlənmə hadisəsi baş verib

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Reyting.az saytı xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən Modern.az-a verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.

Onu da qeyd edək ki, bir müddət əvvəl Saatlıda rayonunda da belə bir hadisə baş vermişdi. Pambıq tarlasında işləyən 23 nəfər zəhərlənmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər