Yeni nazir Səlim Müslümovun üç qohumunu vəzifədən çıxarıb
Tarix: 22-06-2018 16:23 | Bölmə: Slayd
Yeni nazir Səlim Müslümovun üç qohumunu vəzifədən çıxarıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə mia.az-a nazirlikdən məlumat verilib. Bildirilir ki, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar:

"Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}