Qarabağı hərbi yolla azad etmək taktikasından əl çəkmək olmaz
Tarix: 08-08-2018 14:43 | Bölmə: Slayd
Qarabağı hərbi yolla azad etmək taktikasından əl çəkmək olmaz

“Rusiya ilə Ermənistan arasında heç vaxt ciddi fikir ayrılığı ola bilməz. Hətta belə bir fikir ayrılığı olacağı təqdirdə Rusiya və Ermənistanın Azərbaycana münasibəti dəyişməyəcək. Hesab edirəm ki, özümüzü aldatmağa lüzum yoxdur”.

Reyting.az
-ın məlumatına görə, bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rusiya ilə Ermənistan arasında yaranmış ziddiyyətlərə münasibət bildirərkən Moderator.az-a açıqlamasında deyib.

Qarabağı hərbi yolla azad etmək taktikasından əl çəkmək olmaz

Ermənistanla Rusiyanın strateji müttəfiq olduğunu xatırladan Cəlaloğlu qeyd edib ki, Ermənistan dövlətini Rusiya Azərbaycan torpaqları hesabına yaradıb: “Rusiya bu bölgədə öz maraqlarını müdafiə edir və buna görə də Ermənistanı dəstəkləyir. Ermənistanda rəhbərliyin kimin olmasından asılı olmayaraq, bu dəstək davam edəcək. Əgər rəhbərlik çox şıltaqlıq etsə, ən yaxşı halda Dəmirçiyanın başına gətirdiyi oyunu həmin şəxsin başına gətirəcək. Yəni onları fiziki yolla aradan qaldıracaq və özünə uyğun olan şəxsi rəhbər gətirəcək. Ermənistan və Rusiya arasındakı ziddiyyətlərə ümidlə baxıb Qarabağı hərbi yolla azad etmək taktikasından əl çəkmək olmaz. Biz özümüzə strateji müttəfiq seçib bu problemi həll etməliyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}