Birinci vitse-prezidentlə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirilib - Bəyanat
Tarix: 27-08-2018 10:24 | Bölmə: Slayd
Birinci vitse-prezidentlə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirilib

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Birinci vitse-prezidenti Füzuli Məmmədovla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirilib.

Xatırladaq ki, bir neçə gün öncə bəzi KİV-lər İdarə Heyətinin qərarı ilə Füzuli Məmmədovun AAK-dan və bu qurumun Birinci vitse-prezidenti postundan uzaqlaşdırıldığını yazıb. Təsdiqini tapmayan məlumatda qeyd olunurdu ki, F. Məmmədovun Birinci vitse-prezident postundan uzaqlaşdırılmasına əsas səbəb onun pozuculuq fəaliyyəti və AAK-ın Nizamnaməsinin tələblərinə məhəl qoymamasıdır.

Avropa Azərbaycanlıları Konqresi Nəzarət Təftiş Kamissiyasının (NTK) üzvü Səməd Fərtaş isə (İsveç) yayılan məlumatla bağlı bəyanatla çıxış edib.

Səməd Fərtaşın Reyting.az-a göndərilən bəyanatında qeyd olunur ki, bir sıra saytlarda Avropa Azərbaycanlıları Konqresinin Birinci vitse-prezidenti Füzuli Məmmədovun vəzifədən kənarlaşdırılması və guya İdarə Heyətinin 19 Avqust 2018-ci il tarixində belə bir qərar verməsi həqiqəti əks etdirmir: “Avopa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin və AAK Nəzarət Təftiş Komissiyasının göstərilən tarixdə (19.08.2018) hər hansı iclası olmayıb".

Nəzarət Təftiş Komissiyasının üzvü Səməd Fərtaşın imzası ilə daxil olan bəyanatda bildirilir ki, AAK adından mətbuata yanlış informasiya verən və AAK-da süni qarşıdurma yaradan şəxslər barədə Nizamnamə çərçivəsində lazımi ölçü götürüləcəkdr.

NTK üzvü bəyanatında AAK-ın Nizamnaməsinin bəzi bəndlərinə də istinad edib:

Paraqraf 15. İdarə Heyətində (İcariyyə Komitəsində) qərarların qəbulu.

Maddə 15.1 İcraiyyə Komitəsi qərarlarını öz iclasında qəbul edir. İclasa Prezident, o olmadıqda onu əvəz edən Vitse-prezident rəhbərlik edir. İclasın çağrılması barədə qərar ən az 15 gün əvvəl qəbul edilir.

Maddə 15.3. İcraiyyə Komitəsinin (İdarə Heyəti) qərarları Əlaqələndirici Katiblik tərəfindən protokollaşdırılır və İclasda iştirak edən hər bir üzv tərəfindən imzalanır. Protokollar arxivləşdirilir. Protokollar İcraiyyə Komitəsinin razılığı olmadan digər şəxslərə təqdim edilə bilməz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}