18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Uçan taksi sınaqdan uğurla çıxıb
Tarix: 01-03-2024 08:54 | Bölmə: Cəmiyyət / Xəbərlər
Uçan taksi sınaqdan uğurla çıxıb

Çində istehsal olunan hava taksisi “Prosperity” ilk uçuşunu uğurla həyata keçirib.

Reyting.az
xəbər verir ki, “Auto-Flight” şirkəti tərəfindən qısa məsafələrə sərnişin daşımaları üçün hazırlanmış elektrik təyyarəsinin sınaq uçuşunda avtomobillə 3 saat davam edən səyahət təxminən 20 dəqiqəyə tamamlanıb.

Çinin cənubundakı Guangdong əyalətində sınaq prosesində “Prosperity” Şenzen və Zhuai şəhərləri arasında səyahət edib.

Məlumata görə, taksi pilot da daxil olmaqla, 5 nəfəri maksimum 250 kilometr məsafəyə daşıya və saatda 200 kilometr sürətə çata bilir. Nəqliyyat vasitəsinin xüsusilə şəhərdaxili və bir-birinə yaxın şəhərlər arasında geniş şəkildə istifadə ediləcəyi qeyd olunur.

“AutoFlight” bildirir ki, hava taksisi iki il ərzində bütün lazımi sertifikatlara sahib olacaq. Çin dünyada avtonom hava taksilərindən istifadəni təsdiqləyən ilk ölkə olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}