14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Milli Hidrometeorologiya Xidmətinin keçmiş işçisi məhkəməyə üz tutub
Tarix: 11-03-2024 14:56 | Bölmə: Cəmiyyət
Milli Hidrometeorologiya Xidmətinin keçmiş işçisi məhkəməyə üz tutub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin keçmiş işçisi qurumu məhkəməyə verib.

Reyting.az
xəbər verir ki, qurumun keçmiş işçisi Hüseynzadə Afət Fuad qızı Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib.

A.Hüseynzadə Xidmət tərəfindən işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edir.

İddia hakim Aytən Novruzovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmə iddianı təmin edərsə, Milli Hidrometeorologiya Xidmət keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcbur olacaq.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətininin rəisi Nazim Mahmudovdur. O, ötən il bu vəzifəyə təyin olunub(İqtisadiyyat.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}