Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin edib
Tarix: 19-04-2024 12:02 | Bölmə: Cəmiyyət
Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin edib

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.

Məlumata görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hacıyev Hikmət Məhi oğlu Mülki Müdafiə Qoşunlarının kadrlar şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, H.Hacıyev bir müddət öncə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub(Manşet).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}