Qazaxıstanda anomal hava şəraiti barədə xəbərdarlıq edilib
Tarix: 29-04-2024 08:14 | Bölmə: Cəmiyyət
Qazaxıstanda anomal hava şəraiti barədə xəbərdarlıq edilib

Sinoptiklər Qazaxıstan ərazisində anomal hava şəraiti barədə xəbərdarlıq ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən Qazaxıstanın əksər ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Şimşəklə müşayiət olunan güclü yağışların ardınca ölkənin cənub-şərq rayonlarına dolu və qar düşəcəyi gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}