Xəzər dənizi sahilində iki iaşə obyekti çirkab sularını küçəyə və dənizə axıdıb
Tarix: 11-06-2024 12:55 | Bölmə: Cəmiyyət
Xəzər dənizi sahilində iki iaşə obyekti çirkab sularını küçəyə və dənizə axıdıb

Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan başqa. rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materialları da aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}