Dünyanın ən böyük mərcan bağı inşa olunur - Fotolar
Tarix: 19-06-2024 14:33 | Bölmə: Cəmiyyət
Dünyanın ən böyük mərcan bağı inşa olunur

Səudiyyə Ərəbistanı 2023-cü ildən start verdiyi dünyanın ən böyük mərcan bağı layihəsinin renderlərini təqdim edib.

Reyting.az
"Naked Science"-yə istinadla bildirir ki, Kral Abdullah Elm və Texnologiya Universiteti və Ərazinin İnkişafı Agentliyinin NEOM tədqiqat mərkəzi ilə ölkə ərazisində tikiləcək dünyanın ən böyük mərcan rifi bağının yaradılması üzərində işləyir. Ən böyük mərcan bağının yaxınlığında lüks otellər, villalar, çimərlik və muzeyin də inşası nəzərdə tutulur.

Sözügedən layihəyə müəyyən mərhələlərlə 500 milyard dollar xərclənəcək.

Qeyd edək ki, "Şuşah" adlanan bu nəhəng layihənin müəllifi Amerikanın "Gensle" memarlıq studiyasıdır.





Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər