Siyavuş Novruzov: "Müəllimlərin də arasında pisləri ola bilər"
Tarix: 30-09-2024 18:00 | Bölmə: Cəmiyyət
Siyavuş Novruzov: "Müəllimlərin də arasında pisləri ola bilər"

“Müəllimlərin hüquqları müdafiə olunmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışında deyib.

Deputat bildirib ki, hərə bir telefon götürüb müəllimi çəkir:

"Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır”.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq