Güclü zəlzələ Tonqanı silkələyib
Tarix: 02-10-2024 08:59 | Bölmə: Cəmiyyət
Güclü zəlzələ Tonqanı silkələyib

Tonqada 6,6 bal gücündə yeraltı təkan qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, Tonqa Krallığı ərazisində 6,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri 22,4 minə yaxın insanın yaşadığı Tonqanın paytaxtı Nukualofa şəhərindən 609 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}