18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz xanımını təyin edib
Tarix: 25-11-2024 17:41 | Bölmə: Cəmiyyət
Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz xanımını təyin edib

“Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

Reyting.az
xəbər verir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad edilib. Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır. İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

“Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir (yenisabah.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər