İstilərlə bağlı qorxulu proqnoz: minlərlə insan öləcək
Tarix: 29-06-2019 13:57 | Bölmə: Cəmiyyət
İstilərlə bağlı qorxulu proqnoz: minlərlə insan öləcək

BMT-nin ümumdünya meteorologiya təşkilatının xəbərinə görə, 2019-cu il ən isti il olacaq.

Reyting.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2015-ci ildən 2019-cu ilədək olan 5 illik dövr isə bütün tarix boyu müşahidə edilən havanın ən yüksək orta temperaturuna görə rekord qıracaq.

Təşkilatın mətibuat katibinin sözlərinə görə, Avropadakı anomal istilərin iqlim dəyişikliyi ilə bilavasitə bağlı olduğundan hələ ki danışmaq tezdir. Ancaq qlobal istiləşmə dalğası nəticəsində havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi və keçməsi ilə müşayiət olunan istilər daha tez-tez, intensiv və davamlı olacaq.

2019-cu ildəki anomal istinin səbəbi Qrenlandiya yanında və şimal-mərkəzi Avropa altında yerləşən yüksək təzyiq sistemi olan iki sahədən biridir. Onlar havanı soyuda biləcək cənub siklonunu təcrid edirlər. Nəticədə İspaniya və Afrika səhralarından gələn isti havanın şleyfi yaranır. Bu səbəbdən temperatur rekordları və intensiv tufanlar ortaya çıxacaq.

Alimlər yüksək temperaturun yüzlərlə və minlərlə insanın ölümünə səbəb olacağından ehtiyat edirlər. Mütəxəssislər xatırladırlar ki, 2003-cü ildə isti 70 min avropalını öldürüb. Ötən il isə yayda Almaniyada minimum min nəfər həyatını itirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər