22:59 / 04-09-2025
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
18:12 / 04-09-2025
Konfrans Liqası: "Samsunspor"un heyəti bəlli olub
18:08 / 04-09-2025
Türk klubu Hacı ilə anlaşıb
18:02 / 04-09-2025
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
17:49 / 04-09-2025
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
17:30 / 04-09-2025
Avropaya yeni təhlükə yaranır
17:29 / 04-09-2025
Oleq Bakinski bəraət istəyir
17:22 / 04-09-2025
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
17:18 / 04-09-2025
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
17:13 / 04-09-2025
Rus ordusu xəstəxanaya üç hava bombası atıb
17:01 / 04-09-2025
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
16:51 / 04-09-2025
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
16:38 / 04-09-2025
Əməkdar artist aparıcılıq edəcək
16:22 / 04-09-2025
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
16:06 / 04-09-2025
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
16:01 / 04-09-2025
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
15:51 / 04-09-2025
XİN Sudan hökumətinə başsağlığı verib
15:49 / 04-09-2025
Professor: Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar
15:38 / 04-09-2025
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
15:35 / 04-09-2025
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
15:18 / 04-09-2025
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
15:05 / 04-09-2025
Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər
14:59 / 04-09-2025
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
14:52 / 04-09-2025
İki ildən sonra Rusiyanın daha çox raketi olacaq
14:51 / 04-09-2025
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
14:32 / 04-09-2025
23 aptekdə yoxlama aparılıb
14:28 / 04-09-2025
Tbilisi meri: "ABŞ-la dostluq və strateji tərəfdaşlıq bizim üçün son dərəcə önəmlidir"
14:01 / 04-09-2025
Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)
13:58 / 04-09-2025
ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxarıb
13:32 / 04-09-2025
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
08:49 / 31-08-2025

18:20 / 31-08-2025

15:02 / 31-08-2025

08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

"Şagirdi hamamdakı şəkli ilə şantaj ediblər" - Məktəb direktorunun məhkəməsində sensasion iddialar
Tarix: 18-09-2019 17:00 | Bölmə: Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.
Reyting.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədə E.Hacıyevanın anası Sevil Hüseynova sərbəst ifadə verərək deyib ki, qızını 162 saylı məktəbə qoyandan 2-3 ay sonra problemlər yaranmağa başlayıb:
"Uşaqlar ona lağ edirdilər, onu istəmirdilər, pis sözlər deyirdilər. Belə hallarla bağlı bir neçə dəfə direktorla görüşüb şikayət etmişdim. Yeddinci sinifdə oxuyanda bir gün Elina evə tez gəldi. Dedim nə olub, dedi ki, Diana ilə dalaşandan sonra direktor onu məktəbdən çıxarıb. Anamla bacım buna görə məktəbə getdilər. Direktor da onların üstünə qışqırmışdı. Bir də Elinanın sinif yoldaşı T-dən (oğlan), (yetkinlik yaşına çatmadığı üçün adı açıqlanmır) şikayət etmişdik, o, qızımı incidirdi. Elina Z. (qız) ilə dost idi, T. ilə də yaxın idi. Sonra Z. T.-yə görə Elina haqda şayiələr yaymağa başladı. Hamıya deyib ki, "Elina lezbiyandır, tərbiyəsizdir, onunla heç kim danışmasın”.
Bir dəfə Elinanın boğazında kəsik izi görüb nə olduğunu soruşdum. Dedi Diana ilə zarafatlaşanda divarda mismara dəyib. Sonuncu hadisə günü isə mən məktəbə çatanda artıq Elinanı xəstəxanaya aparmışdılar. Həmin gün onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün 1 dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi, əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox”.
S.Hüseynova deyib ki, əvvəlki şikayətlər zamanı direktor şagirdi və valideynini çağırıb, onlar da üzr istəyib, barışıblar: "Bir dəfə Elina məktəbə gedəndə A.-dan xoşu gələn oğlan Elinaya baxıb. Buna görə A. Elinanın başına su tökmüşdü, o isə heç nə deməmişdi. Əvəzində Diana A. ilə mübahisə etmişdi. Bu dəfə A.-nın valideyni Dianadan şikayətçi olmuşdu, Elinadan isə yox. Amma direktor bu hadisəyə görə Elinanı məktəbdən qovmuşdu.
Hadisə günü mənə zəng edib dedilər ki, Elina yıxılıb, amma həkimlər baxıblar, yaxşıdır. Xəstəxanada isə həkimlər mənə heç nə demədilər. Orada Xalidə Bayramovanı gördüm, o dedi ki, heç nəyi yoxdur, Elina yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər.
Sevinc Abbasova bizə demişdi ki, "günahım var, peşmanam, amma günah təkcə məndə deyil”.
S.Abbasovanın vəkili Sadiq Bağırov S.Hüseynovaya deyib ki, E.Hacıyeva məktəbə saçı boyanmış, geyimi uyğun olmayan formada və makiyajlı gedib-gəlirmiş. Vəkil soruşub ki, niyə qızının bu hərəkətlərinin qarşısını almayıb.
S. Hüseynova bildirib ki, E.Hacıyevanın sinfində və başqa siniflərdə saçı o formada rənglənən qızlar çox olub: "Saçına görə heç vaxt Elinaya irad tutulmayıb, məktəbin vahid geyim forması olmayıb, digər şagirdlər də onun kimi geyinib. Yayılan videolarda isə Elina olmayıb, o, hər gün dərsdən çıxıb birbaşa evə gəlib. Bir dəfə Elinanın hamamda köynəyinin düymələri açıq formada şəkli var idi. Deyəsən o həmin şəkli Z.-yə göndərmişdi, o qız da oğlanlara ötürmüşdü. Bu şəklə görə T.-nin xalası oğlu Murad Elinanı şantaj edirdi. Elinanın xiyarla olan şəklini də telefonunda görmüşdüm, R. ona şəkli atıb deyirdi ki, videonu da göndərim? Mən Elinadan bunun nə olduğunu soruşdum, dedi ki, R. həmin videonu silib. Elina özünə qapalı uşaq idi, döyüş filmlərinə baxırdı, otağına keçib "suisid”lə bağlı kinolara baxırdı. Bəzən də bir yerdə baxırdıq. O tez əsəbiləşirdi, bir söz deyəndə ehtiyatla demək lazım idi”.
Vəkil S.Bağırov deyib ki, Elina gündəliyində yazıb ki, ailəsi, anası onunla maraqlanmır. S.Hüseynova gündəlikdə belə bir şey görmədiyini deyib: "İstintaqda gündəliyin bəzi səhifələri cırılmışdı”.
Direktor Sevinc Abbasova bildirib ki, E.Hacıyeva Z.-nin münasibəti olduğu T. və "Mişa” ləqəbli M-la birlikdə əyləniblər.
Sonra Murad Elinanı şantaj edib və bu barədə polisə müraciət olunub. Direktor soruşub ki, həmin zaman məktəb rəhbərliyinin bu hadisədən xəbəri olubmu?
S.Hüseynova isə direktora bu barədə heç nə demədiyini bildirib.
S.Abbasovanın vəkili Sadiq Bağırov növbəti sualı verib: "Mişa” ləqəbli Murad Didkov Elinanı hamamdakı şəklini yayacağı ilə şantaj edərək onun üçün minet etməsini tələb edib. Siz belə bir ağır hadisədən sonra onu niyə bağışladınız?”
Müdafiə tərəfinin etirazından sonra hakim sualı çıxarıb. S.Abbasova deyib ki, həmin Murad Didkov onların məktəbində oxumayıb: "Muradın 18 yaşı var idi, T.nin xalası oğludur. Onun bizə heç bir aidiyyatı yox idi”.
S.Hüseynova bildirib ki, bu hadisədən öncə də Elina bir dəfə məktəbdə özünü atmaq istəyib, lakin Diana buna mane olub: ""Astral”dakı hadisədə də, Elina boğazını kəsəndə də, direktor heç bir quruma məlumat verməyib”.
E.Hacıyevanın nənəsi Solmaz Əsgərova ifadəsində deyib ki, nəvəsini incitdikləri barədə dəfələrlə direktora şikayət etsə də, heç bir tədbir görməyib: "Sonuncu dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb üstümə atdı. Elina 6-cı sinifdə oxuyanda məktəbin psixoloqunun nəvəsi Fərrux sinifdə hamının qarşısında Elinanı öpmüşdü, onu çox incidirdi. Direktora şikayət etdim, dedi Fərruxun nənəsi təzəlikcə ölüb, ona bir söz deyə bilmərəm. A.-nın istədiyi oğlan Elinaya baxmışdı deyə onun başına su tökmüşdü. Bunu şikayət etdim, dedi o qızın şəkli şərəf lövhəsində var, mən ona bir söz deyə bilmərəm”.
S.Abbasova deyib ki, həmin məsələlərlə bağlı protokollar var və bu işləri tərbiyə işləri üzrə müavinə tapşırıb: "Suallarınızı müavinimə verərsiniz. Bizdə qovulmaq məsələsi yoxdur, sənədləri də nənəsinin üstünə atmamışam”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:29
Oleq Bakinski bəraət istəyir
Bu gün, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
Bu gün, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
Bu gün, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
Bu gün, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
Bu gün, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
Bu gün, 09:28
İki yeniyetmə su kanalında boğulub
Dünən, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
Dünən, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
Dünən, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
Dünən, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
Dünən, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
Dünən, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
Dünən, 12:46
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
Dünən, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
Dünən, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb
2-09-2025, 11:48
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
2-09-2025, 10:35
Məktəbli geyimlərinin satıldığı ünvanlar... - Siyahı
2-09-2025, 08:15
Sudanda bir kənd uçqun altında qalıb
1-09-2025, 18:03
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya çatıb
1-09-2025, 17:12
Sabiq rəisi hakim qarşısına çıxarılıb
1-09-2025, 16:03
Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
1-09-2025, 15:31
Lisey direktorunun ölkədən çıxışına “stop” qoyulub
1-09-2025, 12:15
Sabahın hava proqnozu açıqlanıb
1-09-2025, 11:54
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib+)
1-09-2025, 11:26
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
1-09-2025, 10:58
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
31-08-2025, 12:15
Salyanda avtomobil kanala aşıb - Bir nəfər ölüb, beş nəfər xəsarət alıb
30-08-2025, 19:36
Bu gündən Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
30-08-2025, 12:09
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb