12:36 / 08-02-2025
Sabah qar yağacaq
Biləsuvarda yardımçı təsərrüfata basqın edilib
Tarix: 04-11-2019 13:37 | Bölmə: Cəmiyyət
Biləsuvarda yardımçı təsərrüfata basqın edilib

Biləsuvar rayonunda quldurluq hadisəsi baş verib.

DİN-nin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gələn 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah qar yağacaq
Dünən, 12:57 Sabah qar yağacaq
6-02-2025, 10:05 Bölgələrə qar yağır
5-02-2025, 12:31 Sabah yağış yağacaq
4-02-2025, 12:53 Sabah yağış yağacaq