Təhsil İnstitutu valideyn və müəllimlərə müraciət edib
Tarix: 17-12-2019 17:54 | Bölmə: Cəmiyyət
Təhsil İnstitutu valideyn və müəllimlərə müraciət edib

"Bu gün Azərbaycan məktəblərində kifayət qədər istedadlı şagirdlər olsa da, onların dəqiq sayını demək çətindir".

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan üzrə fənn müsabiqələrində bölgələrin ən yaxşı şagirdləri iştirak edir: "Bu müsabiqələrdə iştirak edən şagird sayının 23-30 min olması o deməkdir ki, bizim bu qədər sayda yaxşı şagirdimiz var. İstedadlı şagirdlərin valideynlərinə və müəllimlərinə müraciət edərək deyirik ki, həmin şagirdlərin fənn müsabiqələrində iştirakına şərait yaratsınlar. Çünki fənn müsabiqələri uşaqların öz istedadlarını nümayiş etdirməsi üçün ən yaxşı platformadır".

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb.

Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə, 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər