Bakıda üç tələbə qız tüstüdən boğularaq ölüb - Fotolar
Tarix: 10-01-2020 08:26 | Bölmə: Cəmiyyət
Bakıda üç tələbə qız tüstüdən boğularaq ölüb

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində üç xarici vətəndaş tüstüdən boğularaq ölüb.

Reyting.az
xəbər verir ki, bədbəxt hadisə Bayıl qəsəbəsi, Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib.

Səbail RPİ-dən verilən məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan Şri-Lanka vətəndaları tüstüdən boğularaq həyatlarını itiriblər. APA-nın məlumatına görə, bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

Onların Bakıdakı Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.

Polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin FHN-in yanğınsöndürənləri hadisə yerində araşdırma aparıblar.

Bakıda üç tələbə qız tüstüdən boğularaq ölüb
Bakıda üç tələbə qız tüstüdən boğularaq ölüb
Bakıda üç tələbə qız tüstüdən boğularaq ölüb
Bakıda üç tələbə qız tüstüdən boğularaq ölüb

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-01-2025, 14:23 Sabah yağış yağacaq