Ölümcül virusa görə 9 şəhərə giriş-çıxış bağlanıb - Siyahı
Tarix: 24-01-2020 10:53 | Bölmə: Cəmiyyət
Ölümcül virusa görə 9 şəhərə giriş-çıxış bağlanıb

Yeni koronovirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb.

Bu şəhərlərdə ümumilikdə 29,2 milyon nəfər yaşayır.

Ötən gün səhər saatlarından Uhan şəhərində ən ciddi karantin elan olunub. Uhanda metro işini dayandırıb, şəhərə sərnişin avtobusları buraxılmır, hava limanından və dəmiryol vağzallarından gediş-gəliş təxirə salınıb. Rəsmi dairələr xüsusi hallar olmadığı təqdirdə şəhərə getməyi tövsiyə etmir.

Dekabr ayının sonunda Çin hakimiyyəti Hubei əyalətinin Uhan şəhərində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar məlumat yayıb. Rəsmi məlumata görə, ölkədə ümumilikdə 830-dan çox bu xəstəliyə yoluxub. 26 nəfər həyatını itirib ki, onlardan 24 nəfəri Hubei əyalətinin sakinidir.

Virus Çinlə bərabər, Cənubi Koreya, Yaponiya, ABŞ, Vyetnam, Sinqapur və Tailandda da qeydə alınıb.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}