21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Təhlükəli bölgəyə 2600 tibbi işçisi göndərildi: hərbiçilər də səfərbər olunur
Tarix: 13-02-2020 08:18 | Bölmə: Cəmiyyət
Təhlükəli bölgəyə 2600 tibbi işçisi göndərildi: hərbiçilər də səfərbər olunur

Koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərinə xəstəliklə mübarizə üçün daha 2600 tibbi işçisi göndərilib.

RİA “Novosti” xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qərar Çin Xalq Respublikasının sədri və Mərkəzi Hərbi Şuranın rəhbəri Si Szinpin tərəfindən qəbul olunub.

Məlumatda qeyd olunur ki, şəhərə əlavə olaraq quru, dəniz, hava və raket qoşunlarından, həmçinin başqa hərbi hissələrdən də qüvvələr göndəriləcək.

Yeni həkimlər və sanitarlar Tunszi xəstəxanasında və Qunqu ərazisindəki klinikada pasiyentlərin müalicəsinin təşkili ilə məşğul olacaqlar. Birinci xəstəxananı 860 yer, ikincini 700 nəfərlik yerlə təchiz etmək planlaşdırılır.

Onu da qeyd edək ki, Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 1310 nəfərə, yoluxanlar isə 48,2 min nəfərə çatıb.

Regionun Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb. Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib.

Xubeyin inzibati mərkəzi Uhanda xəstəliyə yoluxanların sayı 32,9 min nəfəri ötüb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Syaoqan və Xuanqan şəhərləridir. Bu şəhərlərdə virusa yoluxanların sayı 2,8 və 2,6 min nəfərdir.

Bundan başqa, əyalətdə 9 mindən çox insan xəstəlik şübhəsi ilə karantindədir. Xəstəliyə yoluxanlarla ünsiyyətdə olmuş daha 77,3 min nəfər həkim nəzarətindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər