İsmayıllıda özünü vəkil kimi təqdim edən şəxs tutuldu
Tarix: 15-02-2020 12:25 | Bölmə: Cəmiyyət
İsmayıllıda özünü vəkil kimi təqdim edən şəxs tutuldu

İsmayıllı rayonunda vətəndaşları aldadan şəxs tutulub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunan Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.

Belə ki, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq edib, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.

DİN bildirib ki, P.Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir: "Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı RPŞ-nin 020-285-11-89 şəhər və (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

İsmayıllıda özünü vəkil kimi təqdim edən şəxs tutuldu




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}