12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Komitə sədri 60 yaşdan yuxarı əməkdaşları və azyaşlı övladları olan işçiləri evə buraxıb
Tarix: 18-03-2020 16:56 | Bölmə: Cəmiyyət
Komitə sədri 60 yaşdan yuxarı əməkdaşları və azyaşlı övladları olan işçiləri evə buraxıb

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də tibbi-profilaktik, dezinfeksiyaedici işlər və digər qabaqlayıcı tədbirlər görülür, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə məlumatlar verilir, lazımi profilaktik tədbirlər həyata keçirilir.

Dövlət Komitəsindən Reyting.az-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanladığı məktubda qeyd olunan tapşırıqları əsas götürərək Dövlət Komitəsinin 60 yaşdan yuxarı olan işçiləri, azyaşlı övladı olan əməkdaşlarının məsafəli şəkildə fəaliyyəti təmin edilib.

Bundan əlavə vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbulu, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əməkdaşların hazırlanmış siyahı üzrə növbəli iş rejimində çalışması üçün lazımi tədbirlər görülüb.

Vətəndaşlardan təcili müraciətlər zamanı (012) 493-58-72 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər