21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanıldı
Tarix: 18-03-2020 23:09 | Bölmə: Cəmiyyət
Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanıldı

Yeni növ koronavirusa qarşı hazırlanan peyvəndin ilk sınaqlarına başlanılıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) prezidenti Tedros Adhanom Ghebreyesus məlumat verib.

Ghebreyesus Cenevrədəki mətbuat konfransında deyib ki, müvəffəqiyyətə imza atılaraq virusun genetik ardıcıllığı öyrənilib.

Ghebreyesus qeyd edib ki, vaksinin ilk sınaqlarına virusun genetik ardıcıllığı öyrənildikdən 60 gün sonra başlanılıb. “Bu, ağlasığmaz bir uğurdur. Dünyadakı tədqiqatçılara təcrübi dərmanları sistematik olaraq qiymətləndirməyi tövsiyə edirik", - ÜST prezidenti qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər