Koronavirusa yoluxanların sayı 234 minə, ölənlərin sayı isə 10 minə çatıb - Yenilənib
Tarix: 20-03-2020 22:41 | Bölmə: Cəmiyyət
Koronavirusa yoluxanların sayı 234 minə, ölənlərin sayı isə 10 minə çatıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayını açıqlayıb.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus bu günə qədər 210 mindən çox insanın koronavirusa yoluxduğunu, 9 mindən çox ölüm hadisəsinin baş verdiyini bildirib.

Baş direktorun sözlərinə görə, hər bir ölüm bir faciədir:

“Virusun yayılmasını dayandırmaq üçün səylərimizi artırmalıyıq. Virusa qarşı mübarizədə mümkün olan hər şeyi etməliyik”.

***

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 21-nə olan məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 234 minə çatıb.

RİA Novosti xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus bildirib.

Virusa yoluxanlardan təxminən 10 min nəfərin dünyasını dəyişdiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}