4 məktəb direktoru işdən çıxarılıb, 18 direktor təyinatı olub
Tarix: 12-06-2020 15:06 | Bölmə: Cəmiyyət
4 məktəb direktoru işdən çıxarılıb, 18 direktor təyinatı olub

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

İdarədən Reyting.az-a verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib.

Bildirilib ki, bununla yanaşı, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi məktəbin fəaliyyəti dayandırılıb.

Bundan əlavə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2019-2020-ci dərs ili üçün 1 442 vakansiya təqdim edib:

"Müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bunlardan 414 nəfəri müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 319-u vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260-sı isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Bu tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1 004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb".




Bölməyə aid digər xəbərlər
29-10-2024, 12:05 Sabah yağış yağacaq
28-10-2024, 13:25 Sabah yağış yağacaq
26-10-2024, 12:08 Sabah yağış yağacaq