09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “sms”ləri göndərib
Tarix: 12-06-2020 15:26 | Bölmə: Cəmiyyət
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “sms”ləri göndərib

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, 10 və 11 iyunda yuxarıda qeyd olunan kateqoriyaya aid olan 2500-dən yuxarı abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “sms”ləri göndərilib.

Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər hələ də ərizələrini təsdiq edə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

Qeyd. Elektron ərizəsi olmayan,həmçinin ərizənin təsdiqi üçün Dövlət İmtahan Mərkəzinin məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər