09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ağsu aşırımında yanğın: iki helikopter əraziyə cəlb olunub
Tarix: 16-06-2020 18:09 | Bölmə: Cəmiyyət
Ağsu aşırımında yanğın: iki helikopter əraziyə cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Reyting.az FHN-ə istinadla xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq