Ramin Bayramlı: “Azərbaycanda koronavirusu aşkar edən test ehtiyatı kifayət qədərdir”
Tarix: 18-06-2020 20:14 | Bölmə: Cəmiyyət
Ramin Bayramlı: “Azərbaycanda koronavirusu aşkar edən test ehtiyatı kifayət qədərdir”

“Azərbaycanda koronavirusu aşkar edən test ehtiyatı kifayət qədərdir”.

Reyting.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı vurğulayıb ki, ölkəyə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılıb, nəticə və dürüstlüyü isə yüksəkdir.

TƏBİB sədri əlavə edib ki, ölkədə testlərin maya dəyəri 40 manat civarındadır: “Qanda anticismin yoxlanılması üçün ölkəyə 10 minə yaxın test gətirilib. COVID-19 pasportunun hazırlanması istiqamətində çalışmalar davam etdiriləcək”.

R.Bayramlı vurğulayıb ki, virusla mübarizə üçün tələb olunan qaydalara düzgün əməl edilməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}