Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
Tarix: 19-06-2020 19:54 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 438 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Eyni zamanda, son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 test aparılıb. Bununla da ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 410475-ə çatıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}