09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
AAK rəhbərinə qarşı korrupsiya ittihamı - Alimlər etiraz edir
Tarix: 19-06-2020 20:57 | Bölmə: Cəmiyyət
AAK rəhbərinə qarşı korrupsiya ittihamı - Alimlər etiraz edir

Bir qrup alim Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevi onların qonorarını mənimsəməkdə ittiham edib.

Reyting.az
xəbər verir ki, bu, Gununsesi.org-a daxil olan müraciətdə iddia olunur.

Qeyd olunur ki, Famil Mustafayev Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Ekspert Şurası üzvlərinin pulunu kəsmək bir yana, hətta alimlərə hesablatdığı qonorarla dolaysı ilə onları təhqir edir.

Söhbət elmi ad almaq üçün təqdim edilmiş işlərə ekspert rəyi yazan görkəmli professorların qonorarından gedir. Hətta Famil Mustafayevin professor Məsud Mahmudova 20 manat qonorar yazdırması da bəlli olub.

Zamanını təqdim olunmuş elmi işlərə həsr edən, gözünün nurunu itirən alimə 20 manat qonorar yazmaq, elm adına rəzalətdir.

Halbuki, Məsud Mahumdov bu əməyinə görə, 2000-3000 manat məvacib gözləyirmiş.

Vaxtilə professor İdris Abbasovun da eyni aqibətlə üzləşdiyi bildirilir.

Pulları Famil Mustafayev tərəfindən mənimsənilən onlarla professor artıq bu vəziyyətə dözmək niyyətində deyillər.

Ekspert Şurasının üzvü olan professorların sözlərinə görə, Ali Attestasiya Komissiyasına gəldikdən sonra Famil Mustafayevin həyatı çox dəyişib.

Adam başqalarının pulunu mənimsəməklə və başqa neqativ işlərlə məşğul olmasının nəticəsində Bakının ən bahalı yaşayış kompleksi olan “Port Baku”da bir kvadrat metri 7000 manata 2 böyük mənzil alıb.

Oğlu isə paytaxt küçələrində “Bentley” maşını ilə atasının hesabına gəzir.

Məsələ ilə bağlı Famil Mustafayevin mövqeyinə yer ayırmağa hazırıq.

Mövzuya qayıdacağıq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər