Masallıda üç qız itkin düşüb: xilasetmə qüvvələri axrtarışlara cəlb olunub - Yenilənib
Tarix: 20-06-2020 00:42 | Bölmə: Cəmiyyət
Masallıda üç qız itkin düşüb: xilasetmə qüvvələri axrtarışlara cəlb olunub - Yenilənib

Masallı rayonunda üç qız itkin düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, bu barədə FHN-nin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

***

Masallı rayonunda itkin düşmüş üç qız tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, qızların tapılması barədə FHN-ə onların valideynləri məlumat verib.

Bundan sonra FHN itkin düşmüş qızların axtarışını dayandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}