Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib
Tarix: 20-06-2020 18:25 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 627, ötən müddət ərzində isə ümumilikdə 417 102 test aparılıb".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}