19:20 / 09-05-2025
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
16:47 / 09-05-2025
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
15:28 / 09-05-2025
Masallıda avtomobil aşıb: 3 nəfər ölüb
14:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib)
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
10:50 / 05-05-2025

00:06 / 05-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

10:43 / 05-05-2025

21:00 / 05-05-2025

21:33 / 05-05-2025

13:21 / 07-05-2025

20:35 / 06-05-2025

08:40 / 05-05-2025

17:04 / 07-05-2025

17:35 / 06-05-2025

15 günlük sərt karantin rejimi başladı: hansı sahələrdə işləyənlərə qadağalar var? - Siyahı
Tarix: 21-06-2020 00:39 | Bölmə: Cəmiyyət

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.
Reyting.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
1.1.Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılıb:
1.1.1.nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
1.1.2.ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
1.1.3.muzey və sərgi zallarının fəaliyyəti;
1.1.4.bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
1.1.5.təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
1.1.6.açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
1.2.Aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir:
1.2.1.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
1.2.2.Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
1.2.3.mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
1.2.4.dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
1.2.5.hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
1.2.6.Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
1.3.Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
1.4.Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
1.5.Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
1.5.1.təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
1.5.2.ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
1.5.3.yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
1.6.Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir).
SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
1.7. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
1.7.1.Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);
1.7.2.Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);
1.7.3.Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM 1111111); nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.
1.8.Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS - məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
1.9.Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
1.10.SMS - icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.
1.11.Bu Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
1.12.Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.
2.Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
3.Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
4.Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.
5.Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
6.Müəyyən edilsin ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəliQərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
Fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
1.Səhiyyə və sosial sahə üzrə:
1.1.elmi tədqiqat və laborator xidmətləri;
1.2.xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3.baytarlıq xidmətləri;
1.4.tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5.sosial xidmətlər;
1.6.sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2.İnfrastruktur sahəsi üzrə:
2.1.kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2.elektrik enerjisinin istehsalı və təchizatı;
2.3.su təsərrüfatı və meliorasiya;
2.4.telekommunikasiya və rabitə xidmətləri.
3.Nəqliyyat və logistika sahəsi üzrə:
3.1.hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2.dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3.logistika xidmətləri;
3.4.ictimai nəqliyyat və taksi xidmətləri.
4.Əsas istehsalat növləri:
4.1.müdafiə sənayesi məhsullarının istehsalı;
4.2.neft avadanlıqları və qurğularının istehsalı;
4.3.qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4.gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5.kimyəvi məhsulların istehsalı;
4.6.kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7.əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
4.8.neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.9.neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.10.metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11.tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12.mühəndislik və layihələndirmə xidmətləri;
4.13.mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.14.qablaşdırma məhsullarının istehsalı;
4.15.daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 4.17. diri heyvanların kəsimi.
5.Pərakəndə və topdan satış üzrə:
5.1.ərzaq məhsullarının satış məntəqələri;
5.2.apteklər;
5.3.yanacaqdoldurma məntəqələri;
5.4.zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
5.5.tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
5.6.onlayn satışlar.
6.Məişət xidmətləri üzrə:
6.1.məişət tullantılarının yığılması və utilizasiyası;
6.2.kimyəvi təmizləmə;
6.3.mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.4.avtomobillərin təmiri;
6.5.avtomobil yuyulma məntəqələri;
6.6.heyvan sığınacaqları.
7.Kütləvi informasiya vasitələri.
8.Maliyyə təşkilatları üzrə:
8.1.banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2.investisiya şirkətləri, fond birjaları;
8.3.sığorta təşkilatları;
8.4.ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9.Xüsusi xidmət növləri üzrə:
9.1.çatdırılma xidmətləri;
9.2.tərcümə xidmətləri;
9.3.poçt xidmətləri;
9.4.dezinfeksiya xidmətləri.
Vəkillik fəaliyyəti
Bu gündən (iyunun 21-dən) Azərbaycanın bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşların yaşadığı yeri tərk etməsinə yalnız icazə əsasında yol verilməsinə başlanılır.
Bu barədə Nazirlər Kabinetinin iyunun 19-da "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib.
Bu müddət ərzində qeyd olunan ərazilərdə evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, eyni zamanda şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.
İcazələrin məqsədinə dair 2 kod təyin edilib:
1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir.
Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.
Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.
Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Ətraflı məlumat üçün 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
Qeyd edək ki, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilməsinə başlanılıb. Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində şəxslərin hərəkəti icaze.e-gov.az portalında icazə aktivləşdirildikdən sonra mümkün olacaq. icaze.e-gov.az portalından icazəsi alınmış vətəndaş mövcud icazələrinin statusuna “myGov” elektron hökumət portalında baxa bilər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.
Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən birgə ərsəyə gətirilib.
Bölməyə aid digər xəbərlər

Dünən, 20:33
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
Dünən, 18:15
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
Dünən, 17:59
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
Dünən, 14:26
Rasim Məmmədov əmlaklarını geri istəyir
Dünən, 12:29
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:40
Şəhər prokurorluğunun yeni korpusu açılıb
Dünən, 10:15
Bank kartlarından daha 30 min manat oğurlanıb
Dünən, 10:00
Qızıl balıqlarla bağlı xəbərdarlıq ediblər
7-05-2025, 17:40
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
7-05-2025, 17:19
DTX-nin dövlətə xəyanətdə ittiham etdiyi şəxsə hökm oxunub
7-05-2025, 16:31
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
7-05-2025, 15:09
Türkiyə gözəlinin müəmmalı şəkildə öldüyü villa 15 milyona satılıb
7-05-2025, 14:14
Tiktoker Mahirə insan alverində ittiham olunur
7-05-2025, 13:21
Məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə qərar verib
7-05-2025, 12:08
Sabah yağış yağacaq
7-05-2025, 10:10
Ağdaşda musiqiçilər arasında dava düşüb, saxlanılan var
7-05-2025, 08:21
Teleaparıcı MRT-dən keçərkən ürəyi dayanıb...
7-05-2025, 00:10
Bakıda 20 gün əvvəl təmir olunan yol yenidən çöküb - Video
6-05-2025, 23:13
Hacıqabulun üç kəndində evləri sel suları basıb
6-05-2025, 17:59
Oleq Bakinski ev dustaqlığına buraxılıb
6-05-2025, 16:29
Naxçıvanda ər arvadını bıçaqlayıb
6-05-2025, 13:01
Sabahın hava proqnozu açıqlanıb
6-05-2025, 12:27
Media subyektlərinə dəstək müsabiqəsi başlayıb
6-05-2025, 11:14
Sabiq məhkəmə hakimi barədə qərar verilib
6-05-2025, 09:50
Yağıntılı havaya görə bəzi əraziləri su basıb - Video
6-05-2025, 09:35
Sumqayıtda top mərmisi tapılıb
6-05-2025, 09:16
Samirə Allahverdiyeva İdman TV-nin direktor müavini təyin olunub
5-05-2025, 17:45
Tapança ilə tutulan cərrah: "Özümə gəlməyə çalışıram"
5-05-2025, 17:20
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
5-05-2025, 16:33
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
5-05-2025, 16:13
Kəlbəcər sakini meşədə itkin düşüb - Yenilənib
5-05-2025, 15:29
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub
5-05-2025, 14:28
Rusiyada internet problemi yaranıb
5-05-2025, 13:10
Sabahın hava proqnozu açıqlanıb
5-05-2025, 13:00
Bakı və Sumqayıtda əməliyyat: saxlanılanlar var
5-05-2025, 11:10
Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb
5-05-2025, 11:02
“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib
5-05-2025, 10:08
Məktəb və müəllim seçimi başlayır
5-05-2025, 09:23
Abşeronda qəzaya uğrayan maşın yanıb
4-05-2025, 14:14
Sabah Bakıya leysan, rayonlara sulu qar yağacaq
4-05-2025, 11:11
Milli Müdafiə Universiteti Bakı marafonuna qoşulub - Fotolar
4-05-2025, 08:00
Bu gün şagird və abituriyentlər üçün növbəti imtahandır
3-05-2025, 09:58
Bakının bəzi küçə və prospektlərində hərəkət tam məhdudlaşdırılacaq
2-05-2025, 17:22
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
2-05-2025, 14:29
Sumqayıtda hasar "KamAZ"ın üzərinə aşıb, sürücü ölüb