17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
5 nəfərdən artıq cəmləşmə qadağasına aydınlıq gətirilib
Tarix: 03-07-2020 17:08 | Bölmə: Cəmiyyət
5 nəfərdən artıq cəmləşmə qadağasına aydınlıq gətirilib

Sərtləşdirilmiş xüsusi karantin rejimində küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməyə qoyulan qadağa ilə bağlı istisna məlum olub.

Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}