Emin Əmrullayev 50-yə yaxın valideyn və müəllimin iştirakı ilə videokonfrans keçirib
Tarix: 13-08-2020 13:31 | Bölmə: Cəmiyyət
Emin Əmrullayev 50-yə yaxın valideyn və müəllimin iştirakı ilə videokonfrans keçirib

Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}