Təntənəli nikah mərasimləri üçün əlavə imkanlar yaradılıb
Tarix: 14-08-2020 13:02 | Bölmə: Cəmiyyət
Təntənəli nikah mərasimləri üçün əlavə imkanlar yaradılıb

Pandemiya dövründə təntənəli nikahların keçirilməsi kimi tədbirlər təxirə salınıb.

Bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda 1 saylı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, toyun təntənəli şəkildə keçirildiyi yerdə də nikah qeydə alına bilər: “Amma pandemiya ilə əlaqədar bu tədbirlər təxirə salınıb. Bir məqamı da qeyd etmək istərdim ki, qeydiyyat şöbəsində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Bu otaqlarda təntənəli nikah keçirmək istəyən şəxslər müraciət edir. Bu zaman biz iştirak edənlərin sayına baxırıq. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, həm müraciət edən digər şəxslərin, həm də onların sağlamlığını düşünərək bu addımı atırıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}