16:39 / 28-11-2024
Sabah qar yağacaq
Koronavirusa qarşı peyvəndin Azərbaycana gətirilməsi üçün müzakirələr gedir
Tarix: 15-08-2020 11:44 | Bölmə: Cəmiyyət
Koronavirusa qarşı peyvəndin Azərbaycana gətirilməsi üçün müzakirələr gedir

“Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVİD-19-a qarşı olan peyvənddir”.

Reyting.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır:

“Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır”.

Y. Qarayevanın sözlərinə görə, ötən həftə Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansının (GAVI) onlayn formatda toplantısı keçirilib: "Azərbaycan da bu toplantıda iştirak edib. Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI-dən alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir".

Prezidentin köməkçisi Hikmət Hacıyev isə deyib ki, peyvəndlərin tətbiq olunması ilə digər kütləvi xəstəliklərin də qarşısı dünyada alınıb.

Onun sözlərinə görə, peyvəndlərin əlçatanlığı səviyyəsində beynəlxalq təsisatlar da mövcuddur: “Azərbaycan da bu təşəbbüslərdə yaxından iştirak edir və prosesləri yaxından izləyir. Dünyada müxtəlif regionlarda müxtəlif dövlətlər tərəfindən peyvəndlə əlaqədar işlər aparılır. Rusiyada aparılan işləri də biz yaxından izləyirik. Beynəlxalq səviyyədə tam təsdiq edilmiş peyvənd bazara çıxarılanda Azərbaycan da bu peyvəndin alınması üçün işlər aparacaq”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər