Ramin Bayramlı: “Virusun qarşısını almağın ən effektli yolu vaksinlərdir”
Tarix: 15-12-2020 15:42 | Bölmə: Cəmiyyət
Ramin Bayramlı: “Virusun qarşısını almağın ən effektli yolu vaksinlərdir”

COVID-19 virusu əvvəllər heyvanlarda müşahidə edilsə də, hazırda insanlara yoluxmağa başlayıb.

Reyting.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R. Bayramlı bildirib ki, virusun qarşısının alınmasının ən effektli yolu vaksinlərdir:

"Vaksinlər öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı ancisimlər yaradır. Ona görə də müasir dövrdə yolxucu xəstəliklərə qarşı ən effektli yol vaksinasiyadır”.

R. Bayramlı əlavə edib ki, müasir peyvəndlər tarix boyu insanları müxtəlif xəstəliklərdən qoruyub. Vaksinlərin icadından əvvəl dünyamız indikindən daha təhlükəli idi.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq