Gürcüstanın yeni azərbaycanlı müftisi seçilib
Tarix: 21-12-2020 18:08 | Bölmə: Cəmiyyət
Gürcüstanın yeni azərbaycanlı müftisi seçilib

Etibar Eminov Gürcüstanın yeni müftisi seçilib.

Bu barədə Gürcüstan Müsəlmanları İdarəsindən bildirilib.

Ölkənin şərqini təmsil edəcək müfti vəzifəsini növbəti 5 il müddətində yerinə yetirəcək. E.Eminov bundan öncə müftinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi olub.

Qeyd edək ki, keçmiş müfti Yasin Əliyev bu ilin sentyabrında səhhəti ilə bağlı vəzifəsini tərk edib.

Xatırladaq ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsini təmsil edir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq