Şamaxıda palçıq vulkanı püskürüb
Tarix: 24-01-2021 01:25 | Bölmə: Cəmiyyət
Şamaxıda palçıq vulkanı püskürüb

"23 yanvar saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı - Quşçu palçıq vulkanı püskürüb".

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub:

"İlkin məlumata əsasən püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək".

Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq