Ekspert: “Yay məktəblərinin təşkili zəruridir”
Tarix: 02-06-2021 14:45 | Bölmə: Cəmiyyət / Xəbərlər
Ekspert: “Yay məktəblərinin təşkili zəruridir”

“2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən dərslər dayandı və şagirdlər yalnız onlayn - distant formada dərslərə qoşuldular. Əlbəttə ki, 4447 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hamısı bu formatda dərslərə - internet və alət olmadığı üçün - qoşula bilmədi”.

Bunu Reyting.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, müəyyən fənlərin, xüsusi ilə texniki və humanitar fənlərin keyfiyyətli tədrisi 1 il ərzində təmin edilməyib:

“Ona görə də 16 iyundan etibarən orta məktəblərdə 1-10-cu siniflər üçün təşkil ediləcək “Yay məktəbləri” olduqca zəruridir. Belə ki, 1 ildən çox müddət ərzində şagirdlər tərəfindən öyrənilməyən və ya zəif öyrənilən mövzulara təkrar qayıtmaq imkanı olacaq. Digər tərəfdən isə burada yalnız əsas fənlər üzrə tədris həyata keçiriləcək ki, bu da şagirdlərə vacib bilikləri, növbəti sinifdə lazım olacaq məlumatları dərindən öyrənmək imkanı verəcək”.

Ekpert yay məktəblərinin hibrid formada yox, tam şəkildə, bütün günlər ərzində təşkil edilməli olduğunu qeyd edib: “Çünki hibrid formada şagirdlər 2 həftə ərzində yalnız 4-6 gün məktəbə gedəcək ki, bu da yetərli deyil. “Yay məktəbləri”nin pulsuz və könüllü təşkil edilməsi hər kəs üçün əlçatanlığı təmin edəcək”.

Qeyd edək ki, 6-30 iyun tarixlərində 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkili nəzərdə tutulur. “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq