ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"
Tarix: 18-09-2021 23:13 | Bölmə: Cəmiyyət / Xəbərlər
ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"

Koronavirusa qarşı "rMNC" peyvəndinin qəbulu üç doza tələb edə bilər.

Bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "The Telegraph" qəzetinə müsahibəsində deyib.

"Düşünürəm ki, üçüncü vaksinin qəbulu daha məqsədəuyğun olacaq", - Fauçi qeyd edib.

O, gücləndirici peyvənd ideyasını dəstəklədiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, "Pfizer" vaksininin də altı aydan sonra üçüncü dəfə qəbul edilməsi mümkündür.

Fauçi koronavirusun mütəxəssisləri dəfələrlə aldatdığını, buna görə də pandemiyanın nə vaxt bitəcəyini proqnozlaşdırmağın çətin olduğunu əlavə edib: "Pandemiyanın yazda bitəcəyinə ümid var"/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq