Bakıda yolu bağlayan TIR sürücüləri həbs olunub
Tarix: 18-02-2022 18:25 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bakıda yolu bağlayan TIR sürücüləri həbs olunub

Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.

Reyting.az 
xəbər verir ki, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində elan edilib.

Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.

Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata ayrıca baxılıb. və istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb/Report.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər