Nazirdən əhaliyə maska ilə bağlı xəbərdarlıq: "Payıza qədər diqqətli olmaq lazımdır"
Tarix: 26-04-2022 17:27 | Bölmə: Cəmiyyət
Nazirdən əhaliyə maska ilə bağlı xəbərdarlıq: "Payıza qədər diqqətli olmaq lazımdır"

"Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur".

Reyting.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, COVID-19-la bağlı vəziyyət nəzarət altındadır: "Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. Payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştamlar yarana bilər”.

Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər