Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib
Tarix: 27-04-2022 13:42 | Bölmə: Cəmiyyət
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı/Report.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər