Əcnəbi ekspertlər Qarabağ zonasının minalardan təmizlənməsi prosesi ilə tanış olublar
Tarix: 28-04-2022 12:05 | Bölmə: Cəmiyyət
Əcnəbi ekspertlər Qarabağ zonasının minalardan təmizlənməsi prosesi ilə tanış olublar

Şuşada keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesi ilə tanış olublar.

Reyting.az
xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan aparıcı ekspertlər Füzuli rayonunun Əhmədbəyli kəndi ilə Şuşa arasında salınan avtomobil yolunun minalardan təmizlənməsi işi ilə tanış olublar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Qabil Babayev qonaqları ərazidə aparılan işlərin gedişatı ilə bağlı məlumatlandırıb.

Daha sonra ekspertlər ərazidə aşkar edilmiş minaların və hərbi sursatların nümunələri ilə tanış olmaq, həmçinin onların partlayış üsulu ilə zərərsizləşdirilməsi prosesini müşahidə etmək imkanı əldə ediblər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}