Uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusu... - Nazirdən açıqlama
Tarix: 28-04-2022 13:09 | Bölmə: Cəmiyyət
Uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusu... - Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

Nazir deyib ki, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlı yoxdur:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, - nazir vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər