Laçında minaya düşən fəhlə vəfat edib - Foto (Yenilənib)
Tarix: 30-04-2022 11:03 | Bölmə: Cəmiyyət
Laçında minaya düşən fəhlə vəfat edib

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan Reyting.az-a verilən məlumata görə, İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

***

Dünən Laçın rayonunun Səfiyan kəndində minaya düşən fəhlə vəfat edib.

Məlumata görə, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

Laçında fəhlə - 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsləri ilə cinayət işi açılıb, istintaqı aparılır.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}