Universitet müəllimi tələbə qızlara əxlaqsız təklif edib? - DİN araşdırma aparır
Tarix: 03-05-2022 12:06 | Bölmə: Cəmiyyət
Universitet müəllimi tələbə qızlara əxlaqsız təklif edib?

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdı".

Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.




Bölməyə aid digər xəbərlər